Ahəng Psixologiya Mərkəzi dövlət qeydiyyatına alınıb

Ahəng Psixologiya Mərkəzi dövlət qeydiyyatına alınıb

Ahəng Psixoloji İnkişaf və Dəstək İctimai Birliyi dövlət qeydiyyatına alınıb.

Bu barədə İctimai Birlikdən məlumat verilib.

Qeyd edək ki, Ahəng psixologiya reabilitasiya və inkişaf mərkəzi uzun müddətdir fəaliyyət göstərir. Fəaliyyəti dövründə “Ahəng qadınlar klubu ”,”Ahəng gəzinti turları” “Ahəng uşaq klubu” “Ahəng abiturientlərlə onlayn görüş platforması” yaratmışdır.Bundan başqa bir çox forumların təşkilatçısı olmuşdur.

Əsasən Gəncə və Bakı forumlarının təşkilatçılarıdı.Mərkəzdə psixoloq , loqoped, duyu bütünləmə , müalicəvi idman , müalicəvi masaj , psixopedaqoq fəaliyyət göstərir.Hər yaş qrupu ilə fərdi və qrup terapiyaları təşkil olunur.Xüsusi uşaqlar( autizm  və daunsindromlu , serebral iflic, oliqofreniya( əqli gerilik) və digər uşaqlarla da ) terapiyalar keçirilir.

Bundan əlavə  mərkəzin rəhbəri Vüsalə Əmiraslanova şirkətlər üçün ” Biznes psixologiyası” “Timemanagment” “Lifemanagment ” “Motivasiya” “Stressmanagment ” Müştəri xidmətləri ” “Biznes etiket” təlimləri təşkil edir.