“Air Astana” Almatıdan Bakıya uçuşların sayını artırıb

“Air Astana” Almatıdan Bakıya uçuşların sayını artırıb

Qazaxıstanın ən böyük aviaşirkəti “Air Astana” Almatıdan Bakıya uçuşların sayını artırıb.

Bu barədə aviaşirkətin mətbuat xidməti xəbər yayıb.

Bildirilir ki, 2024-cü il üçün beynəlxalq uçuşların yay cədvəlində Almatıdan Bakıya uçuşların sayı həftədə iki dəfədən üç dəfəyə qədər artırılıb.