Ali Koç üçüncü dəfə “Fənərbağça”nın prezidenti oldu

Ali Koç üçüncü dəfə “Fənərbağça”nın prezidenti oldu

Türkiyənin "Fənərbağça" komandasına prezident seçkiləri başa çatıb.

Səsvermə nəticəsində bu vəzifəyə yenidən Ali Koç layiq görülüb. O, bununla da ardıcıl üçüncü dəfə İstanbul nəhənginin rəhbəri olub.

Qeyd edək ki, Ali Koç 2018-ci ildən "Fənərbağça" klubunun prezidenti vəzifəsində çalışır.