Alpaqut üzrə Respublika kuboku keçiriləcək

Alpaqut üzrə Respublika kuboku keçiriləcək

Abşeron Olimpiya İdman Komleksində Alpaqut döyüş sənəti üzrə Respublika kuboku keçiriləcək.

Bu barədə  Azərbaycan Alpaqut Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yarış 2024-cü il 13-14 aprel tarixində baş tutacaq.

Qeyd edək ki, yarış Gənclər və İdman Nazirliyinin və Azərbaycan Milli İdman Növləri Assosiasiyasnın birgə təşkilatçılığı ilə keçiriləcək.