Çelyabinsk şirkətlərinin Bakıya səfərinin nəticələri

Çelyabinsk şirkətlərinin Bakıya səfərinin nəticələri

Azərbaycan Respublikasında Çelyabinsk vilayəti şirkətlərinin mal və məhsullarının sərgi pavilyonu 2024-cü ildə qarşılıqlı faydalı ticarət-iqtisadi əməkdaşlığın inkişafı istiqamətində işini davam etdirir. 

Çelyabinsk şirkətlərinin aprel ayında Azərbaycanın paytaxtına işgüzar səfərinin nəticələri. 

Bakı şəhərində Çelyabinsk Vilayətinin Sərgi Pavilyonunun işi çərçivəsində 19 aprel 2024-cü il tarixində Çelyabinsk vilayətinin eksponent-şirkətlərinin ikinci işgüzar səfəri başa çatmışdır. Aprelin 16-dan 19-dək pavilyonda və ondan kənarda Azərbaycan Respublikasının və Çelyabinsk vilayətinin əməkdaşlıqda maraqlı olan biznes nümayəndələri arasında onlarla görüş və danışıqlar baş tutmuşdur. 

Fevral ayından may ayına qədər Çelyabinskin 15 şirkəti məhsul və xidmətlərini təqdim etmişdir:

“Selz Treyd” MMC

Litium qidalandırma elementlərinin və onların əsasında batareyalı kartriclərin istehsalı

“Çebarkulskaya Ptisa” (“Çebarkul quşu”) MMC

Düzən torfundan humik turşular əsasında gübrə istehsalı - kalium humat “Bioresurs” 

“Çelyabkranservis” MMC

Dəmir yolu kranlarının, yükqaldırıcı və sənaye avadanlıqlarının istehsalı, təmiri və modernləşdirilməsi

“Alternativa” MMC

Hava boşluğu olan asma fasad sistemlərinin quraşdırılması üçün metal məmulatların istehsalı

TE “LAVR” MMC

Avtokimyəvi və avtokosmetik məhsulların, kimyəvi məişət məhsullarının istehsalı 

“ZlatDecor” MMC

Unikal suvenirlərin istehsalı, silahların, interyer əşyalarının, qabların bəzədilməsi, oymaçılıq

“Delsot” (“İşgüzar Əməkdaşlıq”) Elektrikqızdırıcı Avadanlıqlar Zavodu MMC

Məişətdə və sənayedə istifadə edilməsi üçün boru tipli elektrik qızdırıcılarının (BEQ), istilik elektrik texnikasının istehsalı. Elektrik qazanları, elektrik daş sobaları, elektrik kaloriferlər

FS (Fərdi sahibkar) Muxin Mixail Vyaçeslavoviç (“Ymenails” TM)

Dırnaq ustaları üçün peşəkar materialların istehsalı (gel laklar, gellər, bazalar)

“Ravani-Rus” MMC

Boru kəməri fitinqlərinin istehsalı: kürəşəkilli kranlar, diskşəkilli klapanlar, flanslar

"NS Texnologiya" MMC

Tibbi məhsulların, dental (stomatoloji) implantların istehsalı

“Relish” MMC

“Relish” ticarət nişanı adı altında ədviyyələrin, ədviyyatların, tez hazırlanan əzmələrin və qida əlavələrinin istehsalı 

“Yol Maşınlarının Ehtiyat Hissələri” MMC

Rusiya və xarici ölkə istehsalı olan buldozer, qreyder, yükləyici kürüyücüləri üçün bıçaqların istehsalı

“Spays” MMC (TM “Doktor Vkus”)

Qida məhsullarının istehsalı

“Oktamiks” sürtkü yağları zavodu

Müxtəlif təyinatlı maye və konsistentli sürtkü yağlarının, həmçinin yağlayıcı-soyuducu mayelərin işlənib hazırlanması, istehsalı və təchizatı

“İnşaat İnnovasiyaları Zavodu” MMC

Çoxfunksiyalı ədədli tikinti materiallarının istehsalı üçün avtomatlaşdırılmış xətlər (preslər, manipulyatorlar, daşdoğrayıcılar, konveyerlər), əhəng istehsalı üçün yandırma sobaları 

İkinci işgüzar səfər çərçivəsində Pavilyonun ərazisində Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Ticarət Nümayəndəliyinin nəzdində olan İşgüzar Klubun iclası keçirilmişdir. Aprelin 18-də “Çelyabinsk Vilayətinin Beynəlxalq Əməkdaşlıq Agentliyi” AQKT Ticarət Nümayəndəliyi ilə birlikdə istehsal olunan məhsulların sonrakı nümayişi və Rusiya şirkətlərinin Azərbaycan bazarındakı imkanlarının təqdimatı üçün İşgüzar Klubun üzvləri ilə eksponent-şirkətlərin görüşünü təşkil edilmişdi. Görüş zamanı Çelyabinsk şirkətləri ilə Azərbaycanın biznes strukturları arasında geniş spektrli məsələlər üzrə konstruktiv dialoq baş tutdu. 

Çelyabinsk şirkətlərinin növbəti tərkibi may ayı ərzində öz məhsullarını təqdim edəcək və 2024-cü ilin sentyabr ayına qədər Bakıda fəaliyyət göstərəcək. Sərgi pavilyonunda davamlı olaraq əməkdaşlıqda maraqlı olan Rusiya və Azərbaycan şirkətlərinin nümayəndələri arasında görüşlər və danışıqlar aparılacaq. Gələcəkdə pavilyonda fəaliyyət göstərən Cənubi Ural şirkətlərinin hər 3-4 aydan bir yenilənməsi planlaşdırılır.

Ümumilikdə, 30 oktyabr 2023-cü ildən 19 aprel 2024-cü ilədək Çelyabinsk vilayətinin müxtəlif sənaye sahələrinə aid 27 şirkəti Sərgi Pavilyonunda yerli bazarda fəal şəkildə təmsil olunmuş və çalışmışdır. Eksponentlərin siyahısına maşınqayırma, metallurgiya, kimya və neft-kimya sənayesi, tikinti materialları sənayesi, yeyinti və emal sənayesi, tibb, yüksək texnologiyalar və müxtəlif miqyaslı xidmət sahələrini əhatə edən müəssisələr daxil edilmişdir.

Bakıda Çelyabinsk Vilayətinin Sərgi Pavilyonu haqqında daha ətraflı Telegram kanalında https://t.me/torgpred74_az.

Biz qonaqları salamlayır və əməkdaşlığa açıq olduğumuzu bildiririk! 

Sizi Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küç., 64 ünvanında yerləşən Sərgi Pavilyonuna dəvət edirik.

Telefon: + 994 77 677 22 23

Vebsayt: www.tp74.az 

Email: [email protected]