AMEA-TÜBİTAK Koordinasiya Mərkəzinin açılışı olub

AMEA-TÜBİTAK Koordinasiya Mərkəzinin açılışı olub

AMEA-nın Rəyasət Heyətinin binasında “Azərbaycan Milli Elmlər Akademiyası və Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurası (TÜBİTAK): əlaqələndirmə imkanları və gələcəyə baxış” mövzusunda tədbir keçirilib.

Tədbirdən öncə AMEA-TÜBİTAK Koordinasiya Mərkəzinin açılışı olub. Açılış mərasimində akademik İsa Həbibbəyli, AMEA-nın Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri və TÜBİTAK-ın nümayəndə heyəti iştirak edib.

Mərkəzdə Türkiyənin və TÜBİTAK-ın son illərdə əldə etdiyi texnoloji nailiyyətləri əks etdirən maketlər nümayiş olunub.

AMEA-TÜBİTAK Koordinasiya Mərkəzi dünyada gedən texnoloji yenilikləri izləməklə onun ölkəmizə gətirilməsində mühüm rol oynayacaq.