Apreldə Azərbaycan mobil internetin sürətinə görə 4 pillə geriləyib

Apreldə Azərbaycan mobil internetin sürətinə görə 4 pillə geriləyib

Bu ilin aprel ayında Azərbaycan mobil internetin sürətinə görə 138 ölkə arasında 39,12 MB/S sürətlə 58-ci yerdə qərarlaşıb.

Bu barədə BusienssTime-a “Speedtest Global Index”ə istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan bu ilin mart ayına nisbətən pillə geriləyib.

Mobil internetin sürətinə görə birinci yeri Qatar (189,98 MB/S), sonuncu - 138-ci yeri isə Yəmən (3,98 MB/S) tutub.

Ötən ay Azərbaycan sabit genişzolaqlı internetin median sürətinə görə isə dünyada 116-cı yerdə qərarlaşıb. Bu isə əvvəlki ayla müqayisədə pillə irəliləməkdir. Apreldə ölkədə sabit genişzolaqlı internetin median sürəti 28,83 MB/S olub.

Sabit genişzolaqlı internetin sürəti ilə bağlı araşdırma 180 ölkədə aparılıb. Birinci yeri Sinqapur (242,01 MB/S), sonuncu yeri isə Kuba (1,97 MB/S) tutub.