Dünya əmtəə birjaları həftəni artımla başlayıb

Dünya əmtəə birjaları həftəni artımla başlayıb

Londonun InterContinental Exchange (ICE) birjasında keçirilən hərracda “Brent” markalı neftin iyul fyuçersləri üzrə 1 bareli 76,14 ABŞ dollarına təklif edilib.

BusinessTime xəbər verir ki, bu əvvəlki günün qapanışı ilə müqayisədə 0,56 ABŞ dolları yaxud 0,74 % bahalaşma deməkdir.

Ötən gün Nyu Yorkun “Nymex” birjasında satılan WTI (Qərbi Texas) markalı xam neftin bir barelinin qiyməti 71.55 ABŞ dolları olub.

Bu da əvvəlki günlə müqayisədə 0,44 dollar/barel yaxud 0,62 % çoxdur.

Yazar