AQAT-Silver "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə təmsil olunacaq
Azərbaycanda təbii daşlar üzrə ən böyük mağazalar şəbəkəsi olan AQAT-Silver, 17-20 iyun 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə təmsil olunacaq.
Sərgidə 100 növdən çox təbii daş məhsulları nümayiş olunacaq. Ümumilikdə isə 1000-dən çox məhsul sərgidə satışa çıxarılacaq.
Qeyd edək ki, 20 ildən çoxdur Azərbaycanda fəaliyyət göstərən AQAT-Silver mağazalar şəbəkəsində dünyanın müxtəlif ölkələrindən hər növ, geniş çeşidli təbii, müalicəvi daşlar, xanımlar və bəylər üçün kulonlar, boyunbağılar, qolbaqlar, üzüklər, breloklar, təsbehlər, suvenirlər, minerallar, ev aksessuarları və s daşlar mövcuddur.
Bununla yanaşı mağazada hər bir bürcə uyğun olaraq təbii daşlar da var. Alınan bütün məhsullara 100 faiz və ömürlük zəmanət verilir. Təbii daş alan hər bir müştəriyə daşların xüsusiyyətləri və özəllikləri barədə resept təqdim edilir.
Sevdiklərinizi sevindirmək və onunlar bu möcüzəvi, müalicəvi daşlardan zövqlə hazırlanmış müxtəlif bəzək əşyalarından, suvenirlərdən hədiyyə etmək istəyirsinizsə, AQAT Silver-ə baş çəkməyiniz yetər
AQAT - gözəllik və sağlamlıqdır!
Əlaqə üçün 050 633 93 33



