Dövlət Xidmətinin işçilərinin peşə bayramı qeyd olunub

Dövlət Xidmətinin işçilərinin peşə bayramı qeyd olunub

Neftçala rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin işçilərinin peşə bayramı qeyd olunması ilə əlaqədar olaraq Neftçala şəhərinin mərkəzində ucaldılan Ulu Öndər Heydər Əliyevin əzəmətli heykəli ziyarət olunub, önünə tər gül dəstələri düzülüb və ehtiramla yad olunub.
 
Mərasimdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, hüquq- mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala Rayon Şöbəsinin rəhbərliyi və əməkdaşları iştirak edib.
 
Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala Rayon Şöbəsinin əməkdaşlarını səmimi qəlbdən təbrik edir və fəaliyyətlərində uğurlar arzulayır.