Arıqlamaq istəyənlərə - XƏBƏRDARLIQ!

Arıqlamaq istəyənlərə - XƏBƏRDARLIQ!

Tibb elmləri namizədi, dietoloq İnna Kononenko pəhriz zamanı arıqlamanın təhlükəli göstəricisini açıqlayıb.

BusinessTime xəbər verir ki, bu baradə xarici media məlumat yayıb.

Onun sözlərinə görə, həftədə 450-900 qram çəki itirmək normal sayılır. Lakin bu dəyərlərdən yuxarı sürətli kilo itkisi bədəni qida çatışmazlığı, susuzlaşdırma və digər sağlamlıq problemləri ilə üz-üzə qoyur. 

Dietoloq bildirir ki, əgər insanda şişlik varsa, pəhrizin ilk həftəsində 2-3 kiloqram arıqlaya bilər. Bilmək lazımdir ki, çəki itirmək həmişə piy itkisi ilə üst-üstə düşmür və çox tez çəki itirmək çox vaxt əzələ itkisinə gətirib çıxara bilər ki, bu da ümumi metabolizmə zərər verə bilər.

Təhlükəsiz arıqlamaq üçün mütəxəssis sağlam və balanslı pəhrizi müntəzəm idmanla birləşdirməyi tövsiyə edir.

Orxan Kərimov