ARPA-nın təşkilatçılığı ilə seminar keçirilib

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) təşkilatçılığı və Bakı KOB Evinin dəstəyi ilə “Mənfəət vergisi bəyannaməsinin və 1№-li əlavəsinin tərtib edilməsi, uyğunsuzluqların minimallaşdırılması yolları” mövzusunda seminar keçirilib.
Seminarın keçirilməsində başda KOBİA rəhbəri Orxan Məmmədov olmaqla, Bakı KOB Evinin əməkdaşlarına dərin təşəkkürümüzü bildiririk.
Seminarda Resurs Effektivliyi Mərkəzinin direktoru, Auditorlar Palatasının üzvü, auditor Namiq Qurbanov və Bakı Hesabat Mərkəzinin rəhbəri, Auditorlar Palatasının üzvü, auditor Mehdi Babayev spiker qismində çıxış ediblər.
Seminarın sonunda ekspertlər tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.