ASCO ötən il daşıdığı yükün həcmini açıqlayıb

ASCO ötən il daşıdığı yükün həcmini açıqlayıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) ötən il üçün yükdaşıma göstəricilərini açıqlayıb.

Ötən il ərzində ASCO tankerləri ilə 4,9 milyon ton yük daşınıb. Bu dövrdə bərə və Ro-Pax tipli gəmilərlə daşınan vaqonların sayı 37642 ədəd, avtonəqliyyat vasitələrinin sayı isə 35207 ədəd olub.

ASCO-nun universal quru yük gəmiləri 2023-cü ildə 749 min ton yük nəql edib.