“Atabank”ın əmlakı hərraca çıxarılır

“Atabank”ın əmlakı hərraca çıxarılır

Oktyabrın 19-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Atabank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.

Fonddan bildirilib ki, daşınmaz əmlak Sumqayıt şəhəri, Şəmsi Bədəlbəyli küçəsində icarədə olan 0,034 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 501,76 kvadratmetr olan qeyri-yaşayış binasıdır. Daşınmaz əmlakın ilkin satış qiyməti 1 milyon 500 min manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.

Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri.

Ünvan: Bakı şəhəri, Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şössesi 27.