Kapital Bank araşdırmalara başladı

Xəbər verdiyimiz kimi Milli Qəhrəman Hökumə Əliyevanın ailəsinin dələduzluqla üzləşib. Belə ki, Kapital Bank kartından ümumilikdə 80 507 manat pul çəkilib.
Məsələ ilə bağlı BusinessTime.az-a Kapital Bankdan deyilib ki, baş vermiş hadisə ilə bağlı lazımi tədbirlər görülür, araşdırmalar başlayıb. Ən qısa zamanda nəticələrlə bağlı məlumat veriləcək.
Qeyd edək ki, H.Əliyeavın atası Cəlil Alıyevin sözlərinə görə, pulu oğurlayan şəxslər onu “Kapital Bank”ın əməkdaşı olduğunu deyərək aldadıb: “Telefonla zəng edərək dedilər ki, sizin şifrənizi, kartınızı Elmir Həsənov adında biri göndərib. Kartdan ümumilikdə 80 507 manat pul çəkilib. Bildirdilər ki, “Kapital Bank”ın işçisiyik. Dedilər, banka yaxınlaşana qədər kartınızdakı pulu çəkəcəklər”. Cəlil Alıyev artıq məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin “Qaynar xətt”inə zəng edərək məlumat verib.