Avropa İttifaqı İlon Maska xəbərdarlıq edib
Avropa İttifaqı (Aİ) “X” sosial platformasından HƏMAS-ın İsrailə hücumundan sonra "yanlış informasiya" yaymaq üçün istifadə olunduğu üçün bu şirkətin sahibi İlon Maska xəbərdarlıq edib.
“X” sosial platformada feyk məlumatların yayılması ilə bağlı yazılı xəbərdarlığa baxmayaraq, Aİ "zorakılıq və terror məzmunlu kontentin ləğv edilmədiyini bildirib.
İlon Mask isə bildirib ki, onun şirkəti HƏMAS-a bağlı olan yeni yaradılmış hesabları silməklə məşğuldur. O, Aİ-dən iddia edilən pozuntuları sadalamağı xahiş edib. Mask əlavə edib ki, onun şirkəti Brüsselin şəffaflıq prinsipləri əsasında fəaliyyət göstərir.
Avropa İttifaqının daxili bazar üzrə komissarı Tyeri Brötonun İlon Maska ünvanladığı məktubda istinad edilən dezinformasiya ilə bağlı təfərrüatlar açıqlanmayıb. Bununla belə, o, sosial media platformasında “saxta, manipulyasiya edilmiş şəkillər və faktların” geniş şəkildə yayıldığını bildirib. Aİ-nin komissarı qeyd edib: "Ona görə də sizi təcili olaraq sistemlərinizin effektiv olmasını təmin etməyə və görülən böhran tədbirləri barədə bizə məlumat verməyə dəvət edirəm".
Tyerri Brötonun məktubu Fələstinin HƏMAS yaraqlılarının İsrailə hücum edərək, yüzlərlə sakini öldürməsi və onlarla insanı girov götürməsindən bir neçə gün sonra göndərilib.