Avtomobillər 50% endirimlə təkrar hərraca çıxarılır

Avtomobillər 50% endirimlə təkrar hərraca çıxarılır

Bir sıra dövlət qurumlarına məxsus nəqliyyat vasitələri 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılacaq. 
Hərrac 20 oktyabr tarixində keçiriləcək.

Hərraca Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsus 1995-ci il istehsalı “Mitsubishi L300” mikroavtobusu 1750 manat, 1992-ci il istehsalı QAZ 2410 isə 500 manat start qiyməti ilə çıxarılacaq.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsə məxsus 2000-ci il istehsalı VAZ-21074-ün start qiyməti 550 manat müəyyən edilib.

Dövlət Ehtiyatları Agentliyinə məxsus 2007-ci il istehsalı “Chevrolet Niva 2123” 1900 manat, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasına məxsus 2014-cü il istehsalı “Hyundai Equus” isə 12 000 manat start qiyməti ilə satışa təqdim olunacaq.

Dövlət İmtahan Mərkəzinə məxsus 2010-cu il istehsalı “Volkswagen Passat” üçün 3800 manat, Azərbaycan Memarlıq və İnşaat Universitetinə məxsus 2002-ci il istehsalı “Peugeot 406” üçün isə 1250 manat start qiyməti müəyyənləşdirilib.

Nəqliyyat vasitələrinin hərraca çıxarılması üçün müəyyən edilən start qiymətləri 500 manatdan 12 000 manatadək dəyişir.///Valyuta.az