Ölkəyə və ölkədən pul köçürmələrinin məbləği açıqlanıb

Ölkəyə və ölkədən pul köçürmələrinin məbləği açıqlanıb

Bu ilin I yarısında Azərbaycana xaricdən 748,5 milyon ABŞ dolları, Azərbaycandan xaricə isə 207,9 milyon ABŞ dolları pul köçürülüb.

BusinessTime xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

Onun sözlərinə görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 40,2 % çox və 12,7 % azdır.

Bundan başqa, AMB rəsmisi deyib ki, yanvar-iyun aylarında ölkənin təkrar gəlirlər balansında 525 milyon ABŞ dolları profisit yaranıb ki, bunu da əsasən pul baratları təmin edib.