Nərgiz Rüstəmovaya YENİ VƏZİFƏ VERİLDİ
Nərgiz Rüstəmova Azərbaycan Üzgüçülük Federasiyasının Baş Əməliyyat direktoru (Chief Operations Officer) vəzifəsinə təyin edilib.
BusinessTime xəbər verir ki, Rüstəmova eyni zamanda Azərbaycanda ilk dəfə keçiriləcək “World Aquatics Swimming World Cup – Silk Road Baku 2026” üzrə Yerli Təşkilat Komitəsinin müşaviri (LOC Advisor) kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, Nərgiz Rüstəmova insan resurslarının idarə edilməsi, inzibati fəaliyyət, protokol və yerli, eləcə də beynəlxalq səviyyəli tədbirlərin təşkili sahələrində uzunmüddətli peşəkar təcrübəyə malikdir.
“World Aquatics Swimming World Cup-Silk Road Baku 2026”nın Azərbaycanda ilk dəfə keçirilməsi ölkənin idman həyatında mühüm hadisə olmaqla yanaşı, su idman növlərinin inkişafı və Azərbaycanın beynəlxalq idman tədbirlərinin təşkilində malik olduğu imkanların nümayiş etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.


