Milli Məclisin İqtisadi siyasət komitəsi ötən sessiyada 103 məsələyə baxıb
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ötən sessiyada 24 iclas keçirib, 103 məsələyə baxıb.
Bunu komitənin sədri Azər Əmiraslanov qurumun iclasında bildirib.
"O cümlədən, 41 qanun layihəsi və 2 hesabat geniş şəkildə müzakirə edilib. Təbii ki, bu, kəmiyyət göstəricisidir, amma önəmli olan həm də keyfiyyət göstəricisidir. Komitədə çox mühüm qanun layihələri müzakirə edilərək plenar iclasa tövsiyə olunub. Bunlar ölkəmizin iqtisadi həyatı üçün olduqca mühüm layihələr idi. Hesab edirəm ki, bu sahədə komitəmizin işi və komitə üzvlərinin fəaliyyəti kifayət qədər uğurlu olub", - deyə o qeyd edib.


