Şahin Mustafayev yenidən Tennis Federasiyasının prezidenti seçilib

Şahin Mustafayev yenidən Tennis Federasiyasının prezidenti seçilib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) prezidenti seçilib.

Bu barədə ASTF-dən məlumat verilib.

Bildirilib ki, 2014-cü ildən federasiyaya rəhbərlik edən Şahin Mustafayev qarşıdakı 4 il ərzində də Azərbaycanda stolüstü tennisin daha da inkişaf etdirilməsi, idmançıların beynəlxalq arenada daha böyük uğurlar qazanması və yeni perspektivli tennisçilərin yetişdirilməsi istiqamətində səmərəli fəaliyyətini davam etdirəcək.