Jetour X70 Plus: 1.5 litrlik turbo mühərrik və 197 at gücü
“Jetour X70 Plus” modeli Azərbaycanda 44 700 manat qiymətlə təqdim olunur.
Avtomobil 1.5 litrlik turbo mühərrik, 6 pilləli avtomat sürətlər qutusu və 158 at gücü ilə təchiz edilib. Modelin maksimal sürəti 240 km/saat, fırlanma anı isə 230 Nm təşkil edir.
“Jetour X70 Plus”ın eksteryerində şaquli LED arxa fənərlər və 20 düymlük yüngül lehimli disklər yer alır.
Modelin salonu yeddi oturacaq üçün nəzərdə tutulub. Oturacaqlar eko dəri ilə üzlənib, sürücü oturacağı isə elektriklə tənzimlənir.
Avtomobildə 12,3 düymlük LED alət paneli və 10,1 düymlük sensor ekran quraşdırılıb. Təchizat siyahısına elektron kondisioner və ön oturacaqların qızdırılması funksiyası da daxildir.
“Jetour X70 Plus” digər avadanlıqlar sırasında panorama lyuku ilə də təklif olunur.
Qeyd edək ki, modelin təqdimatında mühərrik və transmissiya göstəriciləri fərqli olan digər versiya da göstərilir. Bu versiya 1.6 litrlik mühərrik, 197 at gücü və 7 pilləli avtomat sürətlər qutusu ilə təchiz olunub.


