"Azər Türk Bank"ın aktivləri artsa da, biznes kreditləri 32,6 milyon manat azalıb
"Azər Türk Bank" 2026-cı ilin ikinci rübünün yekunlarına dair maliyyə hesabatını açıqlayıb.
Valyuta.az xəbər verir ki, bankın dövr üzrə xalis mənfəəti 2025-ci ilin ikinci rübündəki 6 milyon 924 min manatdan 2026-cı ilin ikinci rübündə 10 milyon 276 min manata yüksəlib.
Bu, illik müqayisədə 3 milyon 352 min manat və ya 48,41% artım deməkdir.
Bankın faiz gəlirləri ötən ilin müvafiq dövründəki 66 milyon 164 min manatdan 69 milyon 812 min manata çatıb. Bu göstərici illik müqayisədə 3 milyon 648 min manat və ya 5,51% artıb.
Faiz xərcləri isə 35 milyon 889 min manatdan 37 milyon 857 min manata yüksəlib. Beləliklə, göstərici 1 milyon 968 min manat və ya 5,48% artıb.
Nəticədə bankın xalis faiz gəlirləri 30 milyon 274 min manatdan 31 milyon 954 min manata yüksələrək 1 milyon 680 min manat və ya 5,55% artım göstərib.
Qeyri-faiz gəlirləri 18 milyon 320 min manatdan 22 milyon 658 min manata çatıb ki, bu da 4 milyon 338 min manat və ya 23,68% artım deməkdir. Qeyri-faiz xərcləri isə 36 milyon 727 min manatdan 39 milyon 270 min manata yüksələrək 2 milyon 543 min manat və ya 6,92% artıb.
Bankın aktivləri 2025-ci ilin ikinci rübündəki 1 milyard 918 milyon 414 min manatdan 2026-cı ilin ikinci rübündə 2 milyard 48 milyon 267 min manata yüksəlib. Beləliklə, aktivlər 129 milyon 853 min manat və ya 6,77% artıb.
Öhdəliklər isə 1 milyard 804 milyon 495 min manatdan 1 milyard 919 milyon 816 min manata çatıb. Bu, illik müqayisədə 115 milyon 321 min manat və ya 6,39% artım deməkdir.
Eyni zamanda, bankın biznes kreditləri 295 milyon 814 min manatdan 263 milyon 186 min manata enib. Nəticədə biznes kreditlərinin həcmi 32 milyon 628 min manat və ya 11,03% azalıb.


