Azərbaycan 8 milyon dollarlıq ət idxal edib
Ötən ay Azərbaycan 8,2 milyon dollar dəyərində ət idxal edib. Bu göstərici illik müqayisədə 9,7% azdır.
İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, hesabat dövründə ölkəyə 3,3 min ton ət idxal edilib.
Bu dövrdə ət idxalı Azərbaycanın ümumi idxalının 0,64%-ni təşkil edib.

