Azərbaycan bankları "Bloomberg" ticarət sistemindəki əməliyyatların sayını 10 %-dən çox azaldıb
Bu ilin I rübündə Azərbaycan bankları "Bloomberg" ticarət sistemində 42,1 milyard manat məbləğində 1 041 ədəd əqd bağlayıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) rüblük "Pul Siyasəti İcmalı"nda bildirilir.
Sənədə əsasən, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 86,3 % çox və 10,4 % azdır.
Ümumilikdə, hesabat dövründə banklararası bazarın təminatsız sektorunda aktivlik davam edib. Bu əməliyyatların 97 %-i 1-3 günlük olub. (Report)


