Azərbaycan enerji təhlükəsizliyi məsələsində qlobal miqyasda etibarlı tərəfdaş kimi çıxış edir
Bu gün Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas prioritetlərdən biri bərpaolunan enerji ehtiyatlarından maksimum şəkildə yararlanmaq siyasətidir.
Bu gün dünyada həm siyasi, həm də digər istiqamətlərdə baş verən kataklizmlər ölkələrin xarici siyasətlərində mühüm dəyişiklər etməsinə səbəb olmuşdur. Xüsusilə Avrasiya qitəsində gedən proseslər, dövlətlərin xaricdən asılı olduqları ehtiyaclarını tam və təhlükəsiz şəkildə təmin etmələri üçün ciddi addımlar atmalarını şərtləndirmişdir. Belə bir anda zəngin karbohidrogen ehtiyatlarına malik olan Azərbaycanın yaranmış vəziyyətdən məharətlə istifadə etməsi və əsas oyunçulardan birinə çevrilməsi ölkəmizin beynəlxalq imicinin yüksəlməsinə xidmət edir. Dövlətimiz bu fürsətdən istifadə etməklə həm mənfəət əldə edir, həm də dünyadakı mövqelərini möhkəmləndirir. Bu gün elə bir Avropa dövləti yoxdur ki, enerji təhlükəsizliyi məsələsi həmin ölkə üçün əhəmiyyəti olmasın. Belə olan vəziyyətdə ölkəmizdə enerji səmərəliliyi üzərində mühüm işlər aparılır. Məlum olduğu kimi hazırda Azərbaycan təbii qazın həm hasilatını, həm də ixracını artırır.
Bundan əlavə Azərbaycan daha çox qazın təchiz edilməsi məqsədilə əlavə imkanların yaradılması üçün fəal şəkildə işlər görür. Cənab Prezident İlham Əliyev bu günlərdə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışında bu məsələləri bir daha bəyan etdi. Bu gün ölkəmizdə böyük layihələrin reallaşdığını qeyd edən Dövlət başçımız Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas prioritetlərdən birinin bərpaolunan enerji ehtiyatlarından maksimum şəkildə yararlanmaq siyasəti olduğuna diqqət çəkdi.
Bəli Azərbaycan təkcə hasilat sənayesi ilə məhdudlaşmaq niyyətində olmadığını nümayiş etdirir. Bunun üçün ölkəmizin kifayət qədər resursları və imkanları vardır. Eyni zamanda gələcəkdə ekoloji cəhətdən faydalı və səmərəli sahələrin inkişaf etdirilməsi dövlətimizə yalnız fayda verəcəkdir.
Bu məqsədlə “Masdar”, “ASWA Power” kimi düyaca məşhur şirkətlərin həyata keçirdikləri və hazırda reallaşdırdıqları layihələr Azərbaycanın Avropa qitəsinə neft və təbii qazla yanaşı, həm də bərpəolunan enerji ixracı ilə bağlı planlarımızın ugurlu şəkildə həyata keçiriləcəyinə əminlik yaradır. Dövlətimiz ənənəvi enerjidən əldə etdiyi gəlirləri bərpaolunan enerji istehsalına yönəldir.
Qeyd edək ki, hazırda ölkəmizin qarşıya qoyduğu ən əsas məqsədlərdən biri istehsal edəcəyi bərpaolunan enerjini ixrac etməkdir.
Günay İbrahimova;
Neftçala rayonu

