Azərbaycan Gürcüstanın ən böyük ixrac tərəfdaşıdır

Azərbaycan Gürcüstanın ən böyük ixrac tərəfdaşıdır

Azərbaycan bu il Gürcüstanın ən böyük ticarət tərəfdaşı olub. Gürcüstan cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 632,68 milyon dollar dəyərində mal və məhsul ixrac edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb.

Bildirilib ki, Gürcüstandan Azərbaycana mal ixracı 2022-ci illə müqayisədə 29,5 faiz artaraq ümumi ixracın 13,7 faizini təşkil edib.

Keçən ilin yanvar-sentyabr ayları ərzində (9 ayda) Gürcüstandan Azərbaycana 488,67 milyon dollar dəyərində mal ixrac olunub.

Qeyd edilib ki, cari ilin ilk 9 ayı ərzində Gürcüstanın ümumi ixracı illik ifadədə 12,7 faiz artaraq 4,607 milyard dollara çatıb.