Azərbaycan klublarının ümumi dəyərləri - SİYAHI

Azərbaycan klublarının ümumi dəyərləri

Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümündə çıxış edən klubların dəyərləri açıqlanıb.

"Qarabağ"  futbolçularının ümumi transfer qiymətinə əsasən birinci pillədə qərarlaşıb.

Avropa Liqasındakı yeganə təmsilçimizin hazırkı dəyəri 20,78 milyon avrodur. Yerli çempionatda 5 oyuna bir qələbə belə qazana bilməyən "Neftçi" 13,23 milyon avroluq dəyərlə ikinci pillədə yer alıb. İlk “üçlüy”ü isə 11,93 milyon avro ilə “Sabah” qapayır.

1. “Qarabağ” – 20,78 milyon

2. “Neftçi” – 13,23 milyon avro

3. “Sabah” – 11,93 milyon

4. “Zirə” – 11,20 milyon

5. “Sumqayıt” – 9,20 milyon 

6. “Turan Tovuz” – 5,63 milyon

7. “Araz-Naxçıvan” – 5,13 milyon

8. “Səbail” – 4,30 milyon

9. “Kəpəz” – 3,40 milyon

10. “Qəbələ” – 1,25 milyon

İqtisadiyyat.az