Azərbaycan nefti yenidən bahalaşıb
Dünya bazarında Azərbaycan nefti yenidən bahalaşıb.
BusinessTime xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,08 dollar və ya 1,26 % artaraq 87,09 dollar olub.
Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.