Azərbaycan neftinin qiyməti 85 dollardan aşağı düşüb
Dünya bazarında Azərbaycan nefti yenidən ucuzlaşıb.
BusinessTime xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,12 dollar və ya 0,14 % azalaraq 84,93 dollar olub.
Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.