Azərbaycan neftinin qiyməti 90 dollara çatır

Dünya bazarında Azərbaycan nefti yenidən bahalaşıb.

BusinessTime xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,17 dollar və ya 2,48 % artaraq 89,68 dollar olub.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.