Azərbaycan qızıl ixracından gəlirini 46 %-dən çox artırıb

Azərbaycan qızıl ixracından gəlirini 46 %-dən çox artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 95,3 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

BusinessTime xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın aprel sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46,2 % çoxdur.

Ötən 3 ayda Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı əvvəlki ilin eyni dövrünə nisbətən 11,7 % artaraq 862 milyon ABŞ dolları təşkil edib.