Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB

Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası üçün (COP29) qeydiyyatdan keçmiş iştirakçıların Azərbaycana girişi asanlaşdırılacaq.

Bu barədə yaxın zamanlarda elanın edilməsi gözlənilir.

Qeyd edək ki, bu ilin noyabrında Azərbaycan COP29-a ev sahibliyi edəcək.

Konfrans Bakı Olimpiya Stadionunda baş tutacaq.

Report