Azərbaycanda 116 milyonluq layihəyə start verilir
Ələt hövzəsində genişmiqyaslı kanalizasiya layihəsi həyata keçiriləcək.
BusinessTime xəbər verir ki, işin icrası ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” PHŞ hövzə üzrə gətirici kanalizasiya kollektorunun və sutəmizləyici qurğunun tikintisinə başlayır.
Layihənin 115 milyon 475 min 365 manata başa gələcəyi nəzərdə tutulur.


