Nissan X-Trail doğma bazarında bir neçə kiçik yenilənmə əldə edib
Yenilənmiş "Nissan X-Trail" krossoverinin Yaponiyada satışlarına artıq start verilib və modelin bütün komplektasiyalarının qiymət siyahısı açıqlanıb.
Mövcud dördüncü nəsil "Nissan X-Trail" ilk dəfə 2021-ci ilin yazında debüt etmişdi, doğma bazar üçün nəzərdə tutulmuş versiyası isə 2022-ci ilin yayında təqdim olunmuşdu. Şimali Amerika bazarında "Rogue" adı altında satılan krossover hələ 2023-cü ilin oktyabrında tamşəkilli restaylinq keçirdiyi halda, Yaponiyadakı "X-Trail" 2025-ci ilin sonunda yenilənmişdi.


