VW Seat markasını bağlayır: Böhrandan çıxış üçün radikal qərar

VW Seat markasını bağlayır:

Volkswagen konserni dərin maliyyə böhranından çıxış yolları axtarır və bu səbəbdən bir sıradan kənar, populyar olmayan addımlar atmağa məcburdur. Almaniya mətbuatının verdiyi məlumata görə, konsernin Direktorlar Şurası xərcləri azaltmaq məqsədilə İspaniyanın məşhur "Seat" markasının ləğv edilməsi barədə artıq qərar qəbul edib.

1950-ci ildə təsis edilən və 1986-cı ildə Volkswagen-in tərkibinə keçən "Seat" son illərdə öz mövqelərini itirməkdədir. 2018-ci ildə brendin nəzdindən "Cupra" markası ayrıldı. Əvvəllər "Seat"ın idman versiyalarını təmsil edən "Cupra" hazırda ekoloji təmiz və elektrikli modellərə üstünlük verən müasir gənclik brendinə çevrilib. "Seat" isə faktiki olaraq köhnə daxili yanma mühərrikli modellərlə kifayətlənir.