Bərdədə küçə və parklarda abadlıq işləri aparılacaq
Bərdə Rayon İcra Hakimiyyəti şəhərin bir sıra küçə və parklarında abadlıq işlərinin aparılması ilə bağlı layihə həyata keçirəcək.
İşlər çərçivəsində Bərdə şəhəri Üzeyir Hacıbəyli, Babək, Elməddin Yusifov və Koroğlu küçələrində, Heydər Əliyev prospektində, Heydər Əliyev parkında, Bayraq meydanı və park ətrafında, həmçinin Heydər Əliyev prospektinin RTS-in qarşısındakı hissəsində abadlıq işlərinin görülməsi planlaşdırılır.
Bundan başqa, Babək küçəsi, 5 nömrəli bina ətrafında abad məhəllənin salınması, ərazinin elektrik təchizatı və işıqlandırılması da layihəyə daxildir.
İşin icrasının 719 min 804 manata ərsəyə gələcəyi nəzərdə tutulur.


