Kibertəhlükəsizlik mərkəzinə avadanlıq və proqram təminatları alınacaq

Kibertəhlükəsizlik mərkəzinə avadanlıq və proqram təminatları alınacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Milli Kibertəhlükəsizlik Agentliyi” PHŞ rəqəmsal tədqiqat və insidentlərə reaksiya mərkəzi üçün zəruri avadanlıqlar və proqram təminatları alacaq.

BusinessTime xəbər verir ki, işlər üçün 2 milyon 142 min 113 manat xərclənməsi nəzərdə tutulur.

Layihə çərçivəsində mərkəzin fəaliyyəti üçün müvafiq təlimlərin keçirilməsi də planlaşdırılır.