“PAŞA Həyat Sığorta” səhmdarlarını növbədənkənar yığıncağa çağırır
23.10.2026-cı il tarixində, saat 10:00-da “PAŞA Həyat Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının keçirilməsi nəzərdə tutulmuşdur.
Yığıncaq “PAŞA Həyat Sığorta” ASC-nin inzibati binasında baş tutacaqdır.
Yığıncağın gündəliyinə “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinə ötürülmüş qərarvermə səlahiyyətləri üzrə limitlərə dəyişiklik təklifləri və digər məsələlər daxildir.
Xatırladaq ki, “PAŞA Həyat”ın yeganə səhmdarı “PAŞA Holdinq” MMC-dir.


