Hadrutda kanalizasiya kollektoru tikiləcək

Hadrutda kanalizasiya kollektoru tikiləcək

Hadrut qəsəbəsində yeni kanalizasiya kollektoru tikiləcək.

BusinessTime xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” PHŞ işlərə başlayır.

Layihənin 634 min 464 manata ərsəyə gətirilməsi nəzərdə tutulur.

İşlər çərçivəsində ekskavatorlarla qruntun qazılması, xəndəklərdə əl ilə qazıntı işlərinin aparılması, boru kəmərlərinin altında qumdan əsasın hazırlanması, beton səthlərin izolyasiyası və 1,5 metr diametrli dairəvi yığma dəmir-beton kanalizasiya quyularının qurulması planlaşdırılır.