Azərbaycanda bank kartlarının sayı 23 milyona yaxınlaşdı

Azərbaycanda bank kartlarının sayı

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə avqust ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 189 min ədəd artaraq 22 milyon 974 min ədəd təşkil etmişdir.

BusinessTime Mərkəzi Banka istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici 8.7% artmışdır.

Ödəniş kartlarında debet kartlarının sayı 10.2% artmış, kredit kartlarının sayı isə 4.3% azalmışdır.

2026-cı ilin avqust ayında əməkhaqqı kartlarının sayı 35 min artaraq 2,95 milyon ədədə, sosial kartlar isə 11 min artaraq 3,41 milyon ədədə çatdığı halda, kredit kartlarının sayı 2 min ədəd azalaraq 2,02 milyon ədədə düşüb.

İlin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 13.2% artmışdır. 2026-ci ilin avqust ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,888 mln. manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 7,682 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,204 mln. manatı POS-terminallar, 2 mln. manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.8%-ni təşkil etmişdir