JAECOO J7 SHS: 340 a.g. güc və 1200 km-dən çox yürüş məsafəsi

JAECOO J7 SHS: 340 a.g. güc və 1200 km-dən çox yürüş məsafəsi

JAECOO J7 modeli Azərbaycanda yeni nəsil plug-in hibrid SUV kimi təqdim olunur.

JAECOO J7 SHS versiyası 1.5 litrlik turbo mühərrik və plug-in hibrid sistemi ilə təchiz olunub. Rəsmi məlumatlara görə, avtomobilin ümumi gücü 340 a.g., fırlanma anı 525 Nm, maksimal sürəti isə 180 km/saat təşkil edir.

Modeldə 18.3 kVt·s tutumlu hibrid batareyadan istifadə olunur. İstehsalçının məlumatına əsasən, J7 SHS tam elektrik rejimində 90 km-dən çox məsafə qət edə bilir. Tam yanacaq çəni və tam doldurulmuş batareya ilə ümumi yürüş məsafəsinin 1200 km-dən çox olduğu bildirilir.

JAECOO J7 SHS üçün yanacaq sərfiyyatı şarjı saxlayan rejimdə 6,0 litr/100 km səviyyəsində göstərilir. Modeldə iki mühərrikli hibrid sxem və ağıllı hibrid güc idarəetmə sistemi tətbiq olunub.

Avtomobilin texnoloji imkanları arasında 540° kamera və HD panoramik görüntü sistemi, ön və arxa park radarları, adaptiv kruiz-kontrol, zolaqdan çıxma xəbərdarlığı və zolaqda saxlama sistemi, kor zona nəzarəti, ön və arxa toqquşma xəbərdarlığı, həmçinin avtonom təcili əyləcləmə sistemi yer alır.

İnteryerdə 10,25 düymlük LCD cihazlar paneli, 14,8 düymlük mərkəzi multimedia ekranı, Apple CarPlay və Android Auto, simsiz şarj, 8 dinamikli səs sistemi, panoramik lyuk, dəri oturacaqlar, ön oturacaqların elektrik tənzimlənməsi, qızdırılması və ventilyasiyası təqdim olunur.

JAECOO J7-nin xarici görünüşündə LED gündüz işıqları, LED ön və arxa fənərlər, 19 düymlük yüngül lehimli disklər və qızdırılan yan güzgülərdən istifadə olunub.