Azərbaycanda 27 illik turizm şirkəti BAĞLANDI

Azərbaycanda 27 illik turizm şirkəti

Turizm sektorunda fəaliyyət göstərən "Azintourist Co LTD" şirkəti ləğv olunub.

İqtisadiyyat.az xəbər verir ki, yanvarın 16-da şirkətin ümumi yığıncağında hüquqi şəxsin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv olunması barədə qərar qəbul edilib.

Kreditorlar 60 gün ərzində ləğv edilən hüquqi şəxsə qarşı tələblərini şirkətin hüquqi ünvanına bildirə bilərlər. Ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaiti ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında ləğvetmə komissiyası (təsviyəçi) tərəfindən ödəniləcəkdir.

Qeyd edək ki, turizm şirkəti olan "Azintourist Co LTD" 1997-ci ildən fəaliyyət göstərir. Direktoru Ağayev Aydın Cümşüd oğludur.