Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 4 %-ə yaxın artıb

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı

Bu il mayın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2,1 % artaraq 877 368 təşkil edib.

BusinessTime bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.


Məlumata görə, bu dövrdə ölkədə aktiv ƏDV ödəyicilərinin sayı 3,5 % artaraq 60 431 olub.


Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 3,3 % artımla 240 528 min təşkil edib.