Azərbaycanda bu ailələr mənzillə təmin ediləcək

Azərbaycanda bu ailələr mənzillə təmin ediləcək

Azərbaycanda əlilliyi müəyyən olunmuş daha bir qrup şəxsə və şəhid ailəsinə yeni mənzillər veriləcək.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi bununla bağlı müvafiq hazırlıqlara başlayıb.

Belə ki, bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq kateqoriyaya aid şəxslərə Neftçala rayonunda 20 ədəd üçotaqlı yeni mənzillər veriləcək.

Məlumata görə, əlilliyi müəyyən olunmuş şəxslərə və şəhid ailələrinə verilməsi üçün həmin mənzillərin satın alınmasına isə 2 milyon manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.

Xatırladaq ki, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması dövlətin əsas prioritetlərindəndir. Azərbaycan dövləti bu kateqoriyadan olan vətəndaşların sosial rifahının yüksəldilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Bu istiqamətdə həyata keçirilən tədbirlər mütəmadi olaraq, mərhələli şəkildə davam etdirilir. Bu diqqət və qayğının nəticəsi olaraq, indiyədək xeyli sayda ailə yeni mənzillərlə təmin olunub.