Azərbaycanda Yaşıl Kart sığortası verən 6 şirkətin adı açıqlanıb

Azərbaycanda Yaşıl Kart sığortası verən

Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığorta şirkətlərinin siyahısı açıqlanıb.

BusinessTime xəbər verir ki, İcbari Sığorta Bürosunun (İSB) məlumatına əsasən, bu sahədə fəaliyyət göstərmək hüququ olan şirkətlər “Atəşgah” Sığorta Şirkəti ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Paşa Sığorta” ASC, “Qala Sığorta” ASC və “Xalq Sığorta” ASC-dir.

Məlumatda bildirilir ki, Yaşıl Kart sisteminə üzv ölkələrə səfər etmək istəyən vətəndaşlar qeyd olunan sığorta şirkətlərinə müraciət edə bilərlər.

İcbari Sığorta Bürosu Yaşıl Kart sistemi üzrə əlaqələndirici və ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərir, həmçinin Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir.

Yaşıl Kart beynəlxalq avtomobil sığortası sistemidir və sistemə üzv ölkələrdə avtomobillə səfər zamanı müvafiq mülki məsuliyyət sığortasının təmin edilməsinə xidmət edir.