ASA ilə Dövlət Vergi Xidməti arasında görüş keçirilib

ASA ilə Dövlət Vergi Xidməti arasında görüş keçirilib
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) rəhbərliyi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Vergi siyasəti baş idarəsinin rəhbərliyi arasında görüş keçirilib.
Görüş zamanı ASA sığorta sektorunda real praktiki əməliyyatların aparılması prosesində sığorta bazarı iştirakçılarının qarşılaşdıqları çətinlikləri və sahənin inkişafı üçün əhəmiyyətli hesab etdikləri təklifləri səsləndiriblər. Görüşdə sığorta təşkilatları tərəfindən təqdim edilən elektron qaimə-fakturaların tərtibi zamanı tətbiqi aktual hesab olunan texniki yeniliklər və sığortaçıların həyata keçirdikləri əməliyyatlar üzrə vergi qanunvericiliyi məsələləri geniş müzakirə edilib.
Yekunda dövlət - özəl sektor əməkdaşlığının daha da inkişaf etdirilməsi və vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində sahibkarların rəy və təkliflərinin mütəmadi olaraq öyrənilməsi və araşdırılması yönündə razılıq əldə olunub.