Azərbaycanda ilk dəfə Türk Dövlətləri İqtisadi Forumu keçiriləcək

Azərbaycanda ilk dəfə Türk Dövlətləri İqtisadi Forumu keçiriləcək

Azərbaycanda ilk dəfə keçiriləcək Türk Dövlətləri İqtisadi Forumunun təşkilatçıları olan “KOBSKA” və “Azərbaycan Françayz Assosiasiyası” sahibkarları, investorları və dünyanın müxtəlif ölkələrindən iş adamlarını və bir çox insanı bir araya gətirir.

Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) - kiçik və orta biznes sahiblərinin inkişafına dəstək olaraq onları qlobal bazarlara yönəldir.

Azərbaycan Françayzinq Assosiasiyası (AFA) - Azərbaycanda françayzinq sahəsinin təşviqi, müdafiəsi və xəbərlərinin toplanması üçün ilk yaranan təşkilatdır.

AFA xarici françayzinq bizneslərinin və françayzinqə maraq göstərən sahibkarların biznesə başlaması üçün yardım göstərir.

BusinessTime