Azərbaycanda lizinq şirkəti BOKT yaratdı

Azərbaycanda lizinq şirkəti BOKT yaratdı

Azərbaycanda lizinq şirkəti “Hermes Finance” ASC bank olmayan kredit təşkilatı yaratmaq qərarına gəlib.

09 iyun 2026 tarixində keçirilən iclasda səhmdarların Ümumi Yığıncağının qərarı ilə “Hermes Finance” ASC 100% təsisçi payla “Hermes Bank Olmayan Kredit Təşkilatı” MMC –nin təsis edilməsi qərara alınıb.

Əlavə edilir ki, Həmçinin yeni yaradılacaq MMC-nin nizamnamə layihəsi, nizamnamə kapitalı və inzibatçıların təyinatı ilə bağlı qərarlar qəbul edilmişdir.

Cəmiyyət bəyan edir ki, yeni yaradılacaq BOKT şirkətin inkişaf strategiyasına uyğundur və şirkətin gəlirliliyinin artmasına müsbət təsir göstərəcək.

BOKT-nin nizamnamə kapitalı 1 mln. manatdır. Təşkilatın icra orqanına Mirzəyev Həmid mövsüm oğlu rəhbərlik edəcək. (banker)