Qarabağda fəaliyyət göstərmək üçün 503 xarici şirkət müraciət edib

Qarabağda fəaliyyət göstərmək üçün 503 xarici şirkət müraciət edib

İşğaldan azad olunan Qarabağda fəaliyyət göstərmək üçün müxtəlif iş adamları və şirkətlərdən 1900 müraciət daxil olub.

Bu sözləri KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən Azərbaycan-Tacikistan biznes forumunda deyib.

O bildirib ki, müraciət edənlərdən 503-ü xarici şirkətlərdir.

“İşğaldan azad edilən ərazilərdə əsasən tikinti, kənd təsərrüfatı, turizm, dağ-mədən sahələri prioritet təşkil edirlər. KOBİA Tacikistandan gələn şirkətlər üçün treninq kursları keçə, onları yerli bazarla və qanunvericiliklə yaxından tanış edə bilər”, - deyə O.Məmmədov vurğulayıb.